"Barselona" klubu bu gün Avropa Superliqası şirkətinə və iştirakçı klublara Avropa Superliqası layihəsindən çıxması barədə rəsmi bildiriş göndərdiyini elan edib".
"Barselona" Avropa Superliqası layihəsindən çıxdığını bəyan edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
"Barselona" klubu bu gün Avropa Superliqası şirkətinə və iştirakçı klublara Avropa Superliqası layihəsindən çıxması barədə rəsmi bildiriş göndərdiyini elan edib", - deyə Kataloniya klubunun açıqlamasında bildirilir.
Yeni Avropa futbol yarışmasının elanı 2021-ci ildə edilib. "Barselona" Superliqanın 12 təsisçi üzvündən biri idi.
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) layihəni tənqid edərək bütün iştirakçı klubların digər yerli, Avropa və beynəlxalq yarışlarda iştirakına qadağa qoyulacağını bildirmişdi.












