Ağdam klubu ilk qarşılaşmasını fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" İngiltərənin "Nyukasl" komandası ilə üz-üzə gələcək.

Matc.az xəbər verir ki, oyunların keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.

Ağdam klubu ilk qarşılaşmasını fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Görüş saat 21:45-də start götürəcək.

İngiltərədə keçiriləcək cavab görüşü isə fevralın 24-də, Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest