"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin XIII turunda səfərdə "Liverpul" ilə qarşılaşacaq.
Matc.az xəbər verir ki, oyundan öncə təşkil olunan mətbuat konfransında Ağdam klubunun baş məşqçsi Qurban Qurbanov qarşılaşma ilə bağlı fikirlərini bildirib.
- Qrupun son oyununa çıxırıq. Məhtəşəm bir stadionda, möhtəşəm azarkeşləri olan, özünəməxsus oyunu üslubu olan bir komandaya qarşı oynayırıq. Bu komandanın futbolçuları həmişə istəkli olublar. Belə bir komandaya qarşı oynayacağıq. Çox istəyirik ki, burada yaxşı oyun nümayiş etdirək, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram. Güvənirəm ki, sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Sona kimi yaxşı, intizamlı oyun göstərməyə çalışacağıq.
- "Qarabağ" məğlub olsa belə, pley-off şansları 90 faizin üzərindədir. Bu məqam futbolçuların oyununa təsir edə bilər?
- Son vaxtlar bu barədə çox danışılır. Elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, özümüzü sırf bu oyuna kökləməliyik. Hər deyəndə belə bir komandaya qarşı oynamırsan, böyük futbolun dadını görə bilmirsən. İnanıram ki, bütün futbolçuların fikri bu oyunda olacaq.
- Sabahkı oyunu karyeranızın ən vacib sınağı hesab etmək olar?
- Sınaqlarım çox olub. Şükürlər olsun ki, bu günə kimi pis çıxmamışam. Amma sabah şansımız var ki, daha yaxşı nəticə əldə edək. Bu, indiyə kimi olan sınaqların bəlkə də ən yuxarıda olanıdır.
- "Liverpul"a ilə oyun ən çox maraqla gözlənilən idi. Sabahkı qarşılaşma ilə bağlı nə deyə bilərsiz?
- Real baxmaq lazımdır. Hər böyük oyundan sonra həyəcan azalır, təcrübə çoxalır. Belə oyunların hesab olaraq nəticəsi ola bilər ki, bizim üçün uğursuz olsun, amma ümumi gələcək üçün bizə təkan verəcək.












