24 Yanvar 2026, 11:28
FUTBOL
"Qalatasaray" və Madrid "Atletiko"su "Barselona"nın 22 yaşlı yarımmüdafiəçisi Mark Kasadoya maraq göstərirlər.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, ispaniyalı oyunçu artıq Türkiyə nəhənginə keçidi rədd edib. Kasado qış "transfer pəncərəsi"ndə Kataloniya klubundan ayrılmaq niyyətində deyil. Onun müqaviləsində 100 milyon avroluq sərbəst qalma bəndi də var.
Qeyd edək ki, bu mövsüm Kasado bütün turnirlərdə 19 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.






_1769250429.jpg)





