"Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev "11-lik"də yer alıb.

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun rəmzi heyəti açıqlanıb.

Matc.az xəbər verir ki, "Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev də "11-lik"də yer alıb.

25 yaşlı futbolçu "Qarabağ"ın "Ayntraxt"ı 3:2 hesabı ilə məğlub etdiyi oyunda 2 qol ötürməsi edib.

Qeyd edək ki, Cəfərquliyev Çempionlar Liqasının əsas mərhələsində rəmzi heyətdə yer alan ilk azərbaycanlı futbolçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest