ABŞ-nin Azərbaycandakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində qazanılan qələbə münasibətilə “Qarabağ” Futbol Klubunu təbrik edib.

ABŞ-nin Bakıdakı Səfirliyi “Qarabağ”ı təbrik edib.

Matc.az xəbər verir ki, ABŞ-nin Azərbaycandakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində qazanılan qələbə münasibətilə “Qarabağ” Futbol Klubunu təbrik edib.

Məlumat səfirliyin rəsmi sosial media hesablarında paylaşılıb.

Paylaşımda bu qarşılaşmanın qətiyyətin, komanda işinin və Azərbaycan futbolunun Avropa arenasında artan gücünün bariz nümunəsi olduğu bildirilib:

"ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ” FK-nı təbrik edir.  Bu oyun qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla çıxış idi. Birləşmiş Ştatlar bu il FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest