21 Yanvar 2026, 20:18
FUTBOL
"Fiorentina"nın hücumçusu Edin Ceko karyerasını Almaniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
II Bundesliqada mübarizə aparan "Şalke" Bosniya və Herseqovina millisinin üzvünün keçidini həll edib. Həm futbolçunun özü ilə, həm də klubu ilə razılıq əldə olunub.
39 yaşlı forvard qarşıdakı günlərdə tibbi müayinədən keçdikdən sonra "Şakle" ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Edin Ceko bu mövsüm "Fiorentina"nın heyətində keçirdiyi 18 oyunda 2 qol vurub.












