21 Yanvar 2026, 16:54
FUTBOL
Serj Qnabri "Bavariya" ilə mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniyalı hücumçu ilə klub arasında razılıq əldə olunub. Rəsmi müqavilə növbəti həftə imzalanacaq.
Qeyd edək ki, Serj Qnabri 2017-ci ilin yayından "Bavariya"da çıxış edir. Almaniya millisinin üzvü olan 30 yaşlı hücumçu bu mövsüm Münhen təmsilçisinin heyətində keçirdiyi 23 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib.












