"Lion" heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, Fransa təmsilçisi "Brondbü"dən Noa Nartini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Lion" 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Danimarka klubuna 7,5+2,5 milyon avro təzminat ödəyəcək. Danimarka U-21 millisinin üzvü ilə 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Noa Narti mövsümün ilk yarısında "Brondbü"nün heyətində keçirdiyi 25 oyunda 7 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest