16 Yanvar 2026, 13:56
FUTBOL
"Fənərbaxça"nın yarımmüdafiəçisi Sebastian Şimanski karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
"Betis" polşalı futbolçunu transfer etmək istəyir. Türkiyə klubu 26 yaşlı hücumamyilli yarımmüdafiəçiyə 10 milyon avro qiymət qoyub.
Fransanın "Renn" klubu da Polşa millisinin üzvü ilə maraqlanır.
Qeyd edək ki, Sebastian Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 26 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.












