16 Yanvar 2026, 11:37
MPL
Türkiyədə təlim məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.
Matc.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv öncə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək. Qarşılaşma saat 12:00-da başlayacaq.
"Qarabağ" daha sonra Polşa təmsilçisi "Zaqlembe" ilə görüşdə qüvvəsini sınayacaq. Bu oyun saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Antalyada keçirdiyi ilk hazırlıq matçında Özbəkistanın "Neftçi" (Fərqanə) klubuna 5:0 hesabı ilə qaib gəlib.












