15 Yanvar 2026, 20:11
FUTBOL
Tanınmış meksikalı yarımmüdafiəçi Hektor Herrera MLS-in "Hyuston Dinamo" klubu ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə Amerika klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə bir il, 2026-cı ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub. Müqavilədə əlavə bir il üçün seçim də var.
Son olaraq "Toluka"da oynamış Herrera "Hyuston Dinamo"ya azad agent kimi qoşulub.
35 yaşlı yarımmüdafiəçi daha çox 2013-cü ildən 2022-ci ilə qədər "Porto" və "Atletiko" (Madrid) klublarında oynadığı vaxtlarda tanınıb. O, karyerasına "Paçuka"da başlayıb.
2012-ci ildən 2023-cü ilə qədər Meksika milli komandasında 105 oyun keçirib və 10 qol vurub.












