"Mançester Yunayted" Maykl Kerrikin baş məşqçi təyin olunduğunu rəsmi olaraq açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Menecerin müqaviləsi 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. Maliyyə detalları açıqlanmayıb.

İngilis mütəxəssis 2021-ci ildə "Mançester Yunayted"in müvəqqəti meneceri vəzifəsində çalışıb və 2022-ci ilin oktyabrından "Midlsbro"ya da rəhbərlik edib.

Onun rəhbərliyi altında komanda pley-offa yüksəlib, lakin məğlubiyyətlə üzləşib. Kerrikin bu ilin iyun ayından bəri işsizdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest