11 Yanvar 2026, 11:20
FUTBOL
Niderlanda Erediviziyasının 18-ci turunun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Alkmaar"a 0:1 hesabı ilə uduzub.
Kökçü matçın 68-ci dəqiqəsində, komandası hesabda geri olandan daxil olub.
Hazırda "Volendam" 14 xalla turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.












