14 Dekabr 2025, 10:31
FUTBOL
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone 16-cı turda "Valensiya" üzərində 2:1 hesablı qalibiyyət əldə etdikdən sonra La Liqada ən çox qələbə qazanan ikinci mütəxəssis olub.
Matc.az xəbər verir ki, argentinalı mütəxəssisin İspaniya çempionatında hazırda 324 qələbəsi var.
Reytinqdə birinci yeri 344 qələbə ilə ispan məşqçisi Luis Araqones tutur.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabr ayından bəri Madrid klubuna rəhbərlik edir. Onun "Atletiko" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.












