11 Dekabr 2025, 20:01
ÇEMPİONLAR LİQASI
"Arsenal"ın cinah oyunçusu Noni Madueke Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda həftənin oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA mətbuat xidməti məlumat yayıb.
O, "Brügge" klubuna qarşı 2 qol vuraraq komandasının 3:0 hesablı inamlı qələbə qazanmasına kömək edib.
Madueke bu nominasiyada "Çelsi"yə qarşı qol və məhsuldar ötürmə ilə Şarl De Ketelaereni ("Atalanta"), "Ayntraxt"a qarşı dubl ilə Jul Kundeni ("Barselona") və "Qarabağ"a qarşı dubl ilə Oskar Qluxu ("Ayaks") qabaqlayıb.
Qeyd edək ki, "Arsenal" 18 xalla Çempionlar Liqasında turnir cədvəlinin vahid lideridir.







_1765477707.jpg)



_1765464469.jpg)
