Misli Premyer Liqasında XV tura start verilir.
Matc.az xəbər verir ki, turun oyunları 3 gün ərzində keçiriləcək.
İlk matçda "Şamaxı" ilə "Zirə" arasında olacaq. Dekabrın 13-də Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 14:00-da start götürəcək. Bölgə təmsilçisi 14 turdan sonra 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 27 xalı olan "qartallar" 3-cü yerdədir.
Turun mərkəzi matçı Tovuzda keçiriləcək. Burada "Turan Tovuz" avrokubok mübarizəsində əsas rəqiblərindən olan "Sabah"ı qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq görüşün start fiti saat 16:30-da səsləndiriləcək. "Sabah" 28 xalla 2-ci yerdədir. Bir oyun az keçirən "Turan Tovuz" 24 xala malikdir və onlar 5-ci yerdədir.
İkinci oyun günündə də iki matç olacaq. Öncə "Kəpəz" Yevlax şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək. Premyer Liqada qalmaq uğrunda yarışan komandaların dueli saat 14:00-da başlayacaq. 2 qələbə qazanan və 6 xal toplayan Gəncə təmsilçisi 11-ci pillədədir. Onlardan 2 xal çox yığan "qırmızı-qaralar" 10-cu yerin sahibidir.
Turun maraqla gözlənilən qarşılaşmalarından biri "Azersun Arena"da keçiriləcək. Ötən gün Çempionlar Liqasında "Ayaks"a uduzan "Qarabağ" ölkə çempionatında "Araz-Naxçıvan"la üz-üzə gələcək. Oyunun başlaması saat 17:30-a planlaşdırılıb. Son çempion "Qarabağ" 13 oyun keçirib və 30 xalla liderdir. "Araz-Naxçıvan" 23 xalla 6-cı sıradadır.
Son oyun gününün ilk matçı Qubada olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda ev sahibi "İmişli" "Karvan-Yevlax"ı sınağa çəkəcək. Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv 15 xalla 9-cu yerdədir. Yevlaxlılar sonun pillədədir. Onların cəmi 5 xalı var. Bu mövsüm Premyer Liqaya yüksələn kollektivlərin oyunu 14:00-da başlayacaq.
Tura "Palms Sports Arena"da yekun vurulacaq. Baş məşqçi postuna Yuri Vernidubu təyin edən "Neftçi" "Sumqayıt"la qarşılaşacaq. Görüş 19:00-də start götürəcək. Paytaxt təmsilçisi 16 xal toplayıb və 8-ci pillədədir. 26 xalı olan "kimyaçılar" isə 4-cüdür.
Misli Premyer liqası
XV tur
13 dekabr (şənbə)
“Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu, 14:00
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu, 16:30
14 dekabr (bazar)
“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu, 14:00
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Azersun Arena”, 17:30
15 dekabr (bazar ertəsi)
“İmişli” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Quba OİK stadionu, 14:00
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”, 19:00












