"Zulte Varegem"in futbolçusu Toçukvu Nnadi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

"Vest Hem" nigeriyalı dayaq yarımmüdafiəçisini transfer etmək istəyir. London təmsilçisinin 22 yaşlı oyunçunu yanvar ayında 4 milyon avro qarşılığında heyətinə qatmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Toçukvu Nnadi bu mövsüm "Zulte Veregem"in heyətində keçirdiyi 16 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest