11 Dekabr 2025, 12:15
FUTBOL
“Napoli”nin hücumçusu Romelu Lukaku 4 aylıq fasilədən sonra ilk dəfə komandası ilə məşq edib.
Matc.az xəbər verir ki, belçikalı forvard avqustun 14-də “Olimpiakos”a qarşı keçirilən yoxlama oyununda (2:1) aldığı zədədən sonra tədricən məşqlərə qayıdır. Həmin vaxt futbolçu sol bud əzələsini ciddi şəkildə zədələmişdi.
Lukaku 2024-cü ildən Neapol klubunda çıxış edir və onun müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. 32 yaşlı futbolçu ötən mövsümdə komandanın hücum xəttinin liderlərindən biri olub. O, bütün turnirlərdə keçirdiyi 38 matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Lukaku artıq 18 dekabr tarixində İtaliya Superkubokunun yarımfinalında “Napoli”nin “Milan”la matçında meydana qayıda bilər.










_1765452707.jpg)

