"Bilirdik ki, turnir cədvəli baxımından çox vacib oyundur. Bu matçda qələbə qazanmaq niyyətində idik. Təbii ki, qalib gəlsəydik, növbəti mərhələyə adlamaq imkanımız daha da çoxalardı, böyük addım atmış olacaqdıq".
"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turunda Bakıda "Ayaks"a 2:4 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina oyundan sonra İTV-yə açıqlama verib. Kolumbiyalı futbolçu səhvlərə yol verdiklərini bildirib:
"Bilirdik ki, turnir cədvəli baxımından çox vacib oyundur. Bu matçda qələbə qazanmaq niyyətində idik. Təbii ki, qalib gəlsəydik, növbəti mərhələyə adlamaq imkanımız daha da çoxalardı, böyük addım atmış olacaqdıq. Amma "Ayaks" da Bakıya uğurlu nəticə üçün gəlmişdi. Elə səhvlərə yol verdik ki, hansı ki, onu etməməliydik. Rəqib o səhvlərdən yararlandı. Təbii ki, üzücü məğlubiyyət idi. Məğlubiyyətə əsas səbəb səhvlərimiz idi. Hər halda, qarşıdakı görüşlərə hazırlaşacağıq".










_1765452707.jpg)

