11 Dekabr 2025, 11:30
ÇEMPİONLAR LİQASI
"Arsenal"ın futbolçusu Qabriel Martinelli klub tarixinin rekorduna imza atıb.
Matc.az xəbər verir ki, braziliyalı vinger UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turunun "Brügge" ilə səfər matçında fərqlənməklə buna nail olub.
Martinelli turnində ardıcıl 5 oyunda qol vuran ilk "Arsenal" futbolçusu olub. 24 yaşlı oyunçu "Atletik", "Olimpiakos", "Atletiko", "Bavariya" və "Brügge" ilə matçlarda qol sevinci yaşayıb.
Qeyd edək ki, "Brügge" - "Arsenal" qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.












