"Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl Çempionlar Liqasının tarixinə düşüb.

Matc.az xəbər verir ki, almaniyalı hücumameyilli yarımmüdafiəçi Liqa mərhələsinin VI turunun "Sportinq"lə oyununda (3:1) fərqlənməklə buna nail olub.

Karl turnirin əsas mərhələsinin ardıcıl üç matçında qol vuran ən gənc oyunçu olub. Almaniyaa U-21 millisinin üzvü 17 yaş 290 günlüyündə tarixi uğura imza atıb.

Bundan əvvəlki rekord Kilian MMbappeyə məxsus idi. Fransalı hücumçu 18 yaş 113 günlüyündə ardıcıl üç qarşılaşmada qol sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest