Çempionlar Liqasının VI turunda sabah keçiriləcək “Qarabağ” – “Ayaks” oyunundan öncə qonaq komandanın baş məşqçisi Fred Qrim jurnalistlərin suallarını cavablandırıb.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Klubdakılar bizə çox böyük dəstək verirlər. Bu da ümidvericidir. Bizim də öhdəliklərimiz var. Bakıya yaxşı səhayət oldu. Amma ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz bura gəliblər.

– “Qarabağ” haqda fikriniz necədir?

– Oyunlarına baxmışam. “Qarabağ” çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.

– Sizin üçün uzun səyahət oldu. Futbolçuların durumu necədir?

–  Futbolçular üçün ciddi oyundur. Yol yorğunluğu var. Amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər.

– Vut Veqhorst sabahkı matçda iştirak etməyəcək. Bu haqda nə düşünürsüz?

– Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb.

– Kimin oynaya biləcəyi ilə bağlı fikriniz qətiləşib?

– Heç bir problem yoxdur. Bütün oyunçuları nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. “Ayaks”ın inkişafını düşünürük.

– Sabahkı matçdan gözləntiniz nədir?

– Bizim xalımız yoxdur. “Qarabağ”la oyunda xal qazanmaq istəyərdik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest