09 Dekabr 2025, 00:49
ÇEMPİONLAR LİQASI
"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin "İnter"lə oyununa ciddi itkilərlə çıxacaq.
Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot məlumat verib.
Kodi Qakpo zədələnib. Niderlandlı vinger bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Federiko Kyeza isə xəstəlik səbəbindən İtaliyadakı matçı buraxacaq.
Bundan əvvəl Məhəmməd Salah rəhbərlik və baş məşqçinin ortaq qərarı ilə qarşılaşmanın heyətinə daxil edilməyib.
Qeyd edək ki, "İnter" - "Liverpul" qarşılaşması 10 dekabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.












