05 Dekabr 2025, 19:57
FUTBOL
FİFA-nın keçmiş prezidenti Yozef Blatter təşkilatın Sülh Mükafatı təsis etmək qərarı ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, Blatter bu qərarı sərt tənqid edib.
"Onlar bu mükafatı verməməlidirlər. Futbol sülh mükafatı verməməlidir. Düşünürəm ki, bu, səhvdir.
Onlar (İnfantino və Tramp) arasında yaxşı dostluq ola bilməz demirəm, amma futbola xüsusi maraq da görmürəm" – deyə Blatter açıqlama verib.
Qeyd edək ki, media orqanlarında DÇ-2026-nın püşkatma mərasimində Donald Trampın, ilk dəfə təsis edilən FİFA Sülh Mükafatı ilə təltif ediləcəyi barədə məlumatlar paylaşılıb.
2026-cı il dünya çempionatının püşkatma mərasimi bu gün saat 21:00-da start götürəcək.


_1764965402.jpg)









