"Çelsi"nin müdafiəçisi Mark Kukurelya UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunun "Barselona" ilə matçından əvvəl mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, ispaniyalı futbolçu sabahkı oyunun onun üçün xüsusi olduğunu bildirib:

“Bu, mənim və ailəm üçün çox xüsusi bir oyundur. "Barselona"ya qarşı uzun illər əvvəl oynamışam. İndi isə Çempionlar Liqasında onlarla qarşılaşmaq imkanımız var, bu isə xüsusi bir axşamdır. "Çelsi" - "Barselona" oyunu hər zaman çox xüsusi olur. Ümid edirəm ki, 3 üç xal qazanacağıq. Hesab edirəm ki, hazırda yaxşı formadayam və özümə inanıram”.

"Barselona"nın yetirməsi İspaniya klubundan ayrılmasına görə peşman olub-olmadığı barədə sual veriləndə, qəti şəkildə cavab verib:

“Bu barədə düşünmürəm. Çünki ola bilsin ki, "Barselona"da qalsaydım, Çempionlar Liqasında oynamaq, "Çelsi"də çıxış etmək və ya titullar qazanmaq imkanım olmazdı. Hər şey müəyyən bir səbəbdən baş verir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest