UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun "Napoli" – "Qarabağ" oyununa təyinatlar açıqlanıb.

Matc.az xəbər verir ki, bu bərədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək. Görüşü Şimon Marçinyak idərə edəcək. Ona həmyerliləri Adam Kupsik, Tomaş Listkeviç (laysmanlar), Voytsex Mlts (dördüncü hakim) kömək edəcəklər.

Niderlandlı Pol van Bukel matçın VAR, xorvatiyalı İvan Bebek isə AVAR hakimi təyin olunub.

Qeyd edək ki, Neapolda baş tutacaq "Napoli" – "Qarabağ" matçı noyabrın 25-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest