18 Noyabr 2025, 10:15
FUTBOL
“Çelsi”nin sabiq yarımmüdafiəçisi Oskar xəstəxanadan evə buraxılıb.
Matc.az xəbər verir ki, 11 noyabrda “San-Paulo” ilə mövsümöncəsi planlı tibbi müayinəsi zamanı braziliyalı futbolçunun ürəyində anormal reaksiyalar qeydə alınıb, nəticədə futbolçu qısa müddət huşunu itirib və xəstəxanaya yerləşdirilib. 34 yaşlı oyunçu karyerasını bitirə bilər.
“Bu bazar günü Oskar Albert Eynşteyn klinikasından buraxılıb. Xəstəxanada aparılmış geniş müayinə göstərdi ki, futbolçu müəyyən bir stimula görə qısa müddətli huş itirmə epizodu yaşamışdır. Xəstəxanada olduğu müddət ərzində idmançının vəziyyəti sabit və yaxşı olub. Növbəti bir neçə gün ərzində o, tibbi bərpa proqramına əməl edəcək." – “San-Paulo”nun açıqlamasında deyilir.










_1763412430.jpg)
_1763412158.jpg)
_1763411611.jpg)