"Napoli" Antonio Kontenin gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən Tiaqo Mottanı komandaya dəvət etməyi nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Pasquale Quarro paylaşıb.
Klubla Konte arasındakı münasibətlər son günlərdə gərginləşdiyindən, rəhbərlik öncədən hərəkətə keçmək qərarına gəlib. Onlar Tiaqo Mottaya zəng edib, məşqçinin işə qayıtmaqda maraqlı olub-olmadığını araşdırıblar.
"Yuventus"un sabiq məşqçisinin reaksiyası hələ məlum deyil. "Napoli"nin isə Konteyə heç bir kompensasiya ödəmək planı yoxdur, yəni mümkün işdən çıxarılma qərarı şəxsən prezident De Laurentis tərəfindən veriləcək.
Qeyd edək ki, 56 yaşlı Konte 2024/25 mövsümünün başlamazdan əvvəl "Napoli"yə rəhbərlik etməyə başlayıb və komandanı A Seriyasında çempionluğuna aparıb. Lakin komanda hazırda üç oyunluq qələbəsiz seriyaya malikdir və turnir cədvəlində dördüncü yerdədir. Sonuncu oyunda Kontenin yetirmələri "Bolonya"ya 2:0 hesabı ilə məğlub olublar.
Bir gün əvvəl klubun baş məşqçisini bir həftəlik məzuniyyətə göndərdiyi açıqlanmışdı.












