"Napoli" klubunun skautinq üzrə rəhbəri Mauritsio Mişeli Londonun "Arsenal" klubuna qoşulmağa razılıq verib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı BBC jurnalisti Sami Mokbel paylaşıb.
Mişelinin Londondakı vəzifələrinin nə qədər əhatəli olacağı hələlik məlum deyil.
"Arsenal"ın son bir neçə ildə italyan skautun işini yüksək qiymətləndirdiyi qeyd olunur. Xüsusilə, Marek Hamşik, Kim Min-Je və Xviça Kvaratskheliya ilə müqavilə imzalaması onun uğurlu fəaliyyəti kimi dəyərləndirilir.
İtaliyalı insayderlər Fabrisio Romano və Nikola Şira da Mişelinin "Napoli"dən ayrılacağını təsdiqləyiblər.
Qeyd edək ki, "Arsenal" hazırda 11 oyundan sonra 26 xalla İngiltərə Premyer Liqasına liderlik edir. Onlar ikinci yerdə olan "Mançester Siti"dən dörd xallıq fərqlə irəlidədirlər.










_1762880428.jpg)

