Kolumbiyalı yarımmüdafiəçi Ceyms Rodriges Apertura-2025 turnirindən sonra "Leon"la vidalaşıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.
Bildirilir ki, 33 yaşlı futbolçu Meksika klubundan ayrılır və yenidən azad agent statusunda olacaq.
Rodriges Meksika Çempionatının 17-ci turunda "Puebla" ilə oyunda "Leon" üçün son oyununu keçirib. 83-cü dəqiqədə Ceyms meydanı tərk edərkən azarkeşlərin ayaq üstə alqışlaması ilə əvəzlənib. Kolumbiyalı azarkeşlərə təşəkkür edib, qollarını açıb gülümsəyib və final fitindən sonra komanda yoldaşlarını qucaqlayıb.
Qeyd edək ki, Rodriges 2025-ci ilin yanvar ayında klublararası dünya kubokunda iştirak etmək məqsədi ilə "Leon"a qoşulub.
O, hazırda ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatından əvvəl yaxşı formada qalmaq üçün karyerasını davam etdirmək variantlarını nəzərdən keçirir.





_1762880428.jpg)






