"Liverpul" müdafiə xəttini yeni oyunçu ilə güclənsirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, İngiltərə çempionunun əsas hədəfi "İnter"də çıxış edən Alessandro Bastonidir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Liverpul" italiyalı mərkəz müdafiəçisini yanvar ayında transfer etməyə çalışacaq. "Qırmızılar" 26 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Alessandro Bastoni bu mövsüm "İnter"in heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest