"Çelsi"nin müdafiəçisi Mark Kukurelya ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Atletiko" ispaniyalı futbolçunu transfer etmək istəyir. Madrid klubu 27 yaşlı sol cinah müdafiəçisini gələn ilin yayında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, "Çelsi" Mark Kukurelyanı 2022-ci ildə "Brayton"dan 65 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest