“Yuventus”un və Kanada millisinin hücumçusu Conatan Devid 2024/25 mövsümünün yekunlarına əsasən CONCACAF-ın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Matc.az xəbər verir ki, Devoid ötən mövsüm “Lill” klubunda çıxış edib. 25 yaşlı forvard yayda isə azad agent kimi Turin təmsilçisinə qoşulub.

Hücumçu həm klub səviyyəsində, həm də milli komandada sabit və məhsuldar oyun sərgiləyib.

O, mövsüm ərzində bütün turnirlərdə ümumilikdə 53 oyun keçirib, 27 qol vurub və 14 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest