04 Noyabr 2025, 12:51
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				 
 
"Arsenal" UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turunun "Slaviya" ilə səfər matçına ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, Viktor Dyökereş Çexiyadakı oyunda komandaya kömək edə bilməyəcək.
İsveçli forvardın əzələ zədəsi var. 27 yaşlı hücumçu komanda ilə birlikdə Praqaya aparılmayıb.
Viktor Dyökereş bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 14 oyunda 6 qol vurub.
Qeyd edək ki, "Slaviya" - "Arsenal" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

            
 










