UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" matçının təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Sebastian Qishamer olacaq. Ona yan xətlərdə Roland Riedel və Santino Şreyner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yeticəcək.

VAR-da Manuel Şuttenqryuber iş başında olacaq. AVAR-da isə Jozef Şpurni əyləşəcək.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest