31 Oktyabr 2025, 15:24
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				  
 
2029-cu ildə Çempionlar Liqasının final matçının keçirilməsi üçün 2 stadion namizəddir.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
"Barselona"nın "Kamp Nou" stadionu və İngiltərə millisinin ev oyunlarını keçirdiyi "Uembli" arenası qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununu qəbul etmək üçün namizədliyini irəli sürüb. Qərar 2026-cı ildə veriləcək.
2028-ci ilin finalı isə "Bavariya"ya məxsus olan "Allians Arena"da baş tutacaq.

 
             
 















