23 Oktyabr 2025, 10:54
ÇEMPİONLAR LİQASI
Həftənin ən yaxşısı seçilmək üçün 4 futbolçu mübarizə aparacaq. Bunlar Fermin Lopes ("Barselona"), Dennis Man (PSV), Feliks Nmeça ("Borussiya"D) və Qorka Qurusetadır ("Atletik).
UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Matc.az xəbər verir ki, həftənin ən yaxşısı seçilmək üçün 4 futbolçu mübarizə aparacaq. Bunlar Fermin Lopes ("Barselona"), Dennis Man (PSV), Feliks Nmeça ("Borussiya"D) və Qorka Qurusetadır ("Atletik).
Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında aydınlıq gələcək.
Qeyd edək ki, Qorka Quruseta "Atletik"in "Qarabağ"ı 3:1 hesabı ilə məğlub etdiyi oyunda 2 qol vurub.