12 Oktyabr 2025, 11:00
FUTBOL
Serbiyanın baş məşqçisi Draqan Stoykoviç 2026 dünya çempionatının seçmə mərhələsində Albaniyaya məğlubiyyətdən (0:1) sonra istefa vermək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə məşqçinin özü açıqlama verib.
"Mən Serbiya Futbol Assosiasiyasının prezidenti və baş katibi ilə danışdım və istefa verdim. Şəxsən mən belə məğlubiyyət gözləmirdim. Məsuliyyəti tam üzərimə götürən".
60 yaşlı Stoykoviç 2021-ci ilin martından Serbiya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatı və 2024-cü il Avropa çempionatına vəsiqə qazanaraq hər iki turnirdə qrup mərhələsində dördüncü yeri tutub.
Serbiya hazırda DÇ-2026-nın seçmə mərhələsində K qrupunda üçüncüdür. Onların 5 oyundan 7 xalı var.