11 Oktyabr 2025, 17:28
FUTBOL
"Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate Fransa millisində aldığı zədədən sonra kluba qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki. Fransa millsinin 3:0 hesabı ilə qalib gəldiyi Azərbaycan yığması ilə qarşılaşmada zədə səbəbindən meydana çıxmayıb.
Didye Deşam Konateni İngiltərəyə göndərmək və oktyabrın 13-də İslandiya ilə keçiriləcək oyun üçün heyətə daxil etməmək qərarına gəlib.
Qeyd edək ki, Konate bu mövsüm klubunda 10 oyun keçirib, 3 sarı vərəqə alıb.












