"Əl-Əhli" hücumçu Vinisius Juniorun mümkün transferi ilə bağlı "Real" ilə birbaşa danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə "Indykalia News" məlumat yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı klubu 25 yaşlı futbolçu üçün "Real"a 300 milyon funt-sterlinq (345 milyon avro) təklif etmək niyyətindədir. Bu, Vinisiusun 2027-ci il iyunun 30-da başa çatacaq müqaviləsinin uzadılmasıyla bağlı Madrid klubu ilə razılığa gələ bilməsə, baş verə bilər. Belə olan halda, braziliyalı oyunçunun 2026-cı ilin yayında "Əl-Əhli"yə transfer olma ehtimalı var.

Qeyd edək ki, bu mövsüm hücumçu bütün turnirlərdə 16 matçda meydana çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt"a görə, onun dəyəri 150 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest