Fransa millisi və "Real"ın hücumçusu Kilian Mbappe "Barselona"nın gənc ulduzu Lamin Yamalla bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, Mbappe hesab edir ki, azarkeşlər Yamalın şəxsi həyatına fikir verməməlidirlər.

"Aydındır ki, o, futbola çox həvəslidir və bu, ən vacib şeydir. Qalan hər şey onun şəxsi həyatıdır və biz onu rahat buraxmalıyıq. O, böyük futbolçudur, amma bunu unutmaq lazım deyil ki, ilk növbədə, o, hələ 18 yaşındadır.

O yaşda hər kəs səhv edir. Bəzi şeylər yaxşı gedir, bəziləri alınmır... Zaman keçdikcə təcrübə qazanacaq və onun üçün nəyin doğru olduğunu anlayacaq. Əsas odur ki, onun meydanda nə etdiyinə baxmaqdır. Meydandan kənarda ciddi bir şey yoxdursa, fərqi yoxdur. O, böyük istedaddır və ona bu yolda uğurlar arzulayıram", - Mbappe deyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest