10 Oktyabr 2025, 14:20
FUTBOL
"Mançester Siti"nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Norveçli forvard azarkeşlərin və ekspertlərin səsləri əsasında qalib olub. 25 yaşlı futbolçu karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb.
Qeyd edək ki, Erlinq Haland ötən ay Premyer Liqada keçirdiyi 3 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.












