"Çelsi"nin futbolçusu Tayrik Corc qışda komandadan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

London təmsilçisi hücum xəttində rəqabət olduğu üçün ingiltərəli vingeri satmaq istəyir. 19 yaşlı futbolçu ilə İngiltərədə və Avropada bir çox klub maraqlanır.

Yayda Corcun "Fulhem"ə keçidi son anda baş tutmaamışdı. Premyer Liqa klubu yanvar ayında oyunçu üçün yenidən hərəkətə keçəcək.

Qeyd edək ki, İngiltərə U-21 millisinin üzvü olan Tayrik Corc bu mövsüm "Çelsi"nin heyətində keçirdiyi 7 oyunda 2 qol vurub, 1 qol ötürməssi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest