"Ovyedo" baş məşqçi Velko Paunoviçlə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Velko Paunoviç bu ilin mart ayında "Ovyedo"nun baş məşqçisi təyin olunmuşdu. Komanda La liqada 8 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest