"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yığma komanda ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, əsas məqsədlərinin dünya çempionatına vəsiqə qazanmaq və qalib olmaq olduğunu bəyan edib.

"Addım-addım reallığı düşünməliyik. Təbii ki, məqsədimiz dünya çempionatına vəsiqə qazanmaq və qalib olmaqdır. Amma hər bir matça fərdi diqqət yetirmək vacibdir.

Evdə oynayırıq və bu, bizə güc verir. Portuqaliyalılar nəticədən asılı olmayaraq hər zaman bizimlədir. Ölkəmizi təmsil etmək qürurvericidir", - Ronaldo bildirib.

Qeyd edək ki, oktyabrın 11-də Portuqaliya 2026-cı il dünya çempionatının seçmə mərhələsinin üçüncü turu çərçivəsində İrlandiyanı qəbul edəcək. Portuqaliya yəğması hazırda 6 xallla Ermənistan və Macarıstanın da yer aldığı F qrupuna başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest