07 Oktyabr 2025, 20:25
FUTBOL
"Fulhem"in baş məşqçisi Marko Silva gələn ildən "Nottingem Forest" klubunu çalışdıra bilər.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
"Nottingem Forest" rəhbərliyi baş məşqçi Angelos Postekoqlounun fəaliyyətindən narazıdır və onu oktyabrda, beynəlxalq fasiləyə zamanı istefaya göndərə bilər.
Bununla birlikdə, "Fulham" ilə 2026-cı ilin yayına qədər müqaviləsi olması və yüksək təzminat səbəbindən "meşəçilər" üçün Silvanı indi komandanın başına gətirmək baha başa gələcək. 48 yaşlı portuqaliyalı məşqçi növbəti mövsüm üçün "Nottingem Forest"in planları daxilindədir.
Qeyd edək ki, "Nottingem Forest" hazırda 5 xalla Premyer Liqa cədvəlində 17-ci pillədə qərarlaşıb.