"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Zeki Çeliki komandada saxlayacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Paytaxt klubu artıq Türkiyə millisinin üzvü ilə danışıqlara başlayıb. 28 yaşlı sağ cinah müdafiəçisinin "canavarlar"ın yeni sözləşmə təklifini qəbul edəcəyi bildirilir.

Qeyd edək ki, Zeki Çelik bu mövsüm "Roma"nın heyətində keçirdiyi 7 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest