04 Oktyabr 2025, 13:47
FUTBOL
"Araz-Naxçıvan"ın futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapıçı oktyabrın 9-da Rumıniya ilə keçiriləcək yoldaşlıq, eləcə də ayın 14-də Estoniya ilə rəsmi mat üçün açıqlanmış heyətdə yer alıb.
O, oktyabrın 6-dan 15-dək ölkəsinin millisinin düşərgəsində olacaq.
Qeyd edək ki, Avram 2023-cü ildən "Araz-Naxçıvan"da oynayır.












