Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Beşiktaş" matçının hakimləri müəyyənləşib.

Matc.az xəbər verir ki, İstanbul derbisini Yasin Kol idarə edəcək.

Yan xətt hakimləri Abdullah Bora Özkara ilə Bahtiyar Birinci olacaq. Dördüncü hakim funksiyasını isə Çağdaş Altay yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 4-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest